23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Təyyarəsinin radardan itdiyi deyilən Pelosi Sinqapurdadır

Təyyarəsinin radardan itdiyi deyilən Pelosi Sinqapurdadır

Daha öncə Asiya turuna çıxan, lakin təyyarəsinin radardan itdiyi deyilən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Sinqapurda olduğu məlum olub.

GununNebzi.az
“İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Flightradar” xidmətinin məlumatlarında bildirilir.

Qeyd olunur ki, Pelosini daşıyan “Boeing C-40C” xüsusi reysi iyulun 31-i Sinqapura çatıb.

Nensi Pelosinin Mətbuat xidmətinin məlumatına görə, o, Asiya turu çərçivəsində Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya səfər edəcək.

Nümayəndələr Palatasının sədri ticarət, təhlükəsizlik, iqlim dəyişikliyi və COVID-19 epidemiyası ilə bağlı danışıqlar aparacaq Amerika nümayəndə heyətinə rəhbərlik edir.

Eyni zamanda, məlumatda onun əvvəllər elan etdiyi Tayvana səfərinin mümkünlüyündən bəhs edilmir.

Pelosinin Tayvana mümkün səfəri ilə bağlı gərginlik Çin Prezidenti Si Cinpinin iyulun 29-da ABŞ Prezidenti Co Baydenlə telefon danışığında Çin rəhbərliyinin və ölkə xalqının Tayvan məsələsində mövqeyinin qəti olduğunu və “Birləşmiş Ştatlar tək Çin prinsipinə hörmət etməlidir” deməsindən sonra artıb. O, həmçinin Baydenə Tayvanla bağlı məsələdə “odla oynamamağa” dair xəbərdarlıq edib.

Tarix: 1-08-2022, 10:53 Oxunub: 40


Bölməyə aid digər xəbərlər