23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Türkiyədə Quranı tatar dilinə tərcümə edən “Quran-qələm” ixtira olundu...-FOTOLAR

Türkiyədə Quranı tatar dilinə tərcümə edən  “Quran-qələm” ixtira olundu...-FOTOLAR
Türkiyənin “Coşkun Teknoloji Ve Yayincilik” nəşriyyatı Qurani-Kərim mənalarının Tatarıstan Respublikası Müsəlman Ruhaniləri İdarəsi(MRİ) tərəfindən edilmiş “Кәлам Шәриф. Мәгънәви тәрҗемә” adlı tərcüməsinin " audio-versiyasını öz istehsalı olan “Quran-qələm»ə proqramlaşdırıb.

Müsəlmanlar arasında populyar olan bu qadjet qələm şəklində hazırlanır və xüsusi çap olunmuş Quran mətni ilə tamamlanaraq ayələri “tanımaq»la onların ərəbcə tələffüzünü və müxtəlif dillərdəki tərcümələrini əks etdirir. Beləliklə, indi Türkiyədə istehsal olunan cihazda digər dillərlə yanaşı, Quranın tatar dilində semantik tərcümələri də ifa edilir. Tatar dilində ayələrin tərcümələri məşhur teleaparıcı İldar Kiyamovun səsi ilə verilir. Ümumi vaxtı 40 saat olan audio-tərcümələr Tatarıstan MRİ-nin "Xuzur" nəşriyyat evinin "Azan" radiosunda yazılıb və bu il nəşr olunub.

Bundan əlavə, yaxın vaxtlarda Türkiyə nəşriyyatı “Quran-qələm”ə Tatarıstan müftisi Kamil Həzrət Samiqullinin ifasında Quranın audio-versiyasını da proqramlaşdırmağı planlaşdırır.


Tarix: 25-06-2020, 10:00 Oxunub: 109


Bölməyə aid digər xəbərlər