01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Ərdoğanla Zelenski arasında Pototski sarayında görüş keçirilir - YENİLƏNDİ (VİDEO)

Ərdoğanla Zelenski arasında Pototski sarayında görüş keçirilir - YENİLƏNDİ (VİDEO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pototski sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

GununNebzi.az
xəbər verir ki, buradakı təkbətək görüşdən sonra iki lider və BMT-nin baş katibi Antonio Quterreş görüşəcək.

Görüşdən sonra Ərdoğan, Zelenski və Quterreş birgə mətbuat konfransı keçirəcək.

Ərdoğanın ukraynalı həmkarı ilə görüşləri zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək.

Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin fəaliyyətinin artırılması ilə Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Antonio Quterreş Lvovda Zelenski və prezident Ərdoğanla üçtərəfli görüş keçirəndən sonra avqustun 19-da Odessaya gedəcək.

Quterreş Ərdoğanın dəvəti ilə Ukraynaya səfərindən sonra avqustun 20-də, şənbə günü Ukrayna taxılının daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzinə baş çəkəcək.

15:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərindədir.

Manset.az xəbər verir ki, Polşanın Jeşuv Beynəlxalq Hava Limanında Ərdoğan Polşa vilayətinin qubernatoru Radoslav Viatra və Türkiyənin Varşavadakı səfiri Cengiz-Kamil Fıratla görüşüb, daha sonra quru yolu ilə Lvova gedib.

Ərdoğanı Ukrayna səfərində xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahid Kırışçı, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, nəqliyyat naziri Fəxrəddin Altun, müdafiə sənayesi rəhbəri İsmayıl Dəmir və “Baykar”ın CEO-su Haluk Bayraktar müşayiət edir.

Tarix: 18-08-2022, 16:41 Oxunub: 32


Bölməyə aid digər xəbərlər