23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Moskvadan Pelosinin İrəvana səfərinə reaksiya - Heç nəyi həll etməyəcək

Moskvadan Pelosinin İrəvana səfərinə reaksiya - Heç nəyi həll etməyəcək

"Rusiya ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini alqışlamağa hazırdır. Amma əgər bu səfər həqiqətən də Ermənistan-Azərbaycan sərhədində vəziyyəti sabitləşdirərsə..."

GununNebzi.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bu cür insanlar reallıqda normallaşmaya öz töhfəsini verə bilərmi? Səs-küylü hərəkətlər və bəyanatlar heç nəyi həll etməyəcək. Baxaq, zamanla hər şey aydınlaşacaq”, - deyə Peskov bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi iki gün Ermənistanda səfərdə olub. O səfər zamanı baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.

Tarix: 19-09-2022, 18:56 Oxunub: 21


Bölməyə aid digər xəbərlər