23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İrandakı iğtişaşlarda ölən və yaralananlar qeydə alındı

İrandakı iğtişaşlarda ölən və yaralananlar qeydə alındı

Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkədə davam edən kütləvi etirazlar daha da şiddətlənib.

GununNebzi.az
İran mediasına istinadən xəbər verir ki, Məhsa Əmini öldürüldükdən sonra davam edən nümayişlərdə polis Qəzvindəki etirazçılara atəş açıb. Aksiyalarda bir neçə nəfərin yaralandığı, həmçinin həyatını itirənlərin də olduğu bildirilir.

Etirazçılar "Diktatora ölüm" şüarı ilə Qəzvində Məhsa Əmininin öldürülməsinə etiraz edir, həmçinin həbs edilən vətəndaşlara dəstək verirlər.

Qeyd edək ki, ailəsi ilə Tehrana qohumlarını ziyarətə gedən 22 yaşlı qız Məhsa Əmini Ərşad patrulu tərəfindən həbs olunaraq Əxlaqi Təhlükəsizlik Polisinə təhvil verildikdən bir neçə saat sonra komaya düşüb və Kəsri xəstəxanasında dünyasını dəyişib. Şahidlər, ailə və xəstəxana hesabatları bu gənc qadının təbii səbəblərdən ölümünü inkar etsə də, İran polisi onun "ürək dayanması" keçirdiyini, digər rəsmilər də "əsas xəstəliklər" olduğunu iddia edirlər.

Tarix: 20-09-2022, 20:42 Oxunub: 29


Bölməyə aid digər xəbərlər