Yaponiya Rusiyadan üzr istəməsini tələb etdi

Yaponiya Rusiyadan üzr istəməsini tələb etdi

Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzin Yaponiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb Yaponiya səfiri Motoka Tatsunorinin məxfi məlumat topladığı ittihamı ilə Vladivostokda saxlanılması olub. Yaponiya bu hadisəyə görə Rusiyanın rəsmi şəkildə üzr istəməsini tələb edib.

“Rusiya tərəfinə bununla bağlı rəsmi üzr istəməsi, həmçinin belə halların təkrarlanmaması üçün tədbirlər görülməsi tələbi ilə etiraz irəli sürülüb”, - deyə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib. Eyni zamanda Tokio Rusiya tərəfini bu etiraza ciddi yanaşmağa çağırıb.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşinin sözlərinə görə, konsulun hər hansı qeyri-qanuni fəaliyyətlə məşğul olmasına dair heç bir sübut yoxdur.

O, həmçinin Rusiya tərəfinin hərəkətlərinin Vyana Konvensiyasının normalarına uyğun olmadığını vurğulayıb.

(oxu.az)

Tarix: 27-09-2022, 14:17 Oxunub: 120


Bölməyə aid digər xəbərlər