Qazaxıstandakı 3 yaralı vətəndaşımızın vəziyyəti açıqlandı

Qazaxıstandakı 3 yaralı vətəndaşımızın vəziyyəti açıqlandı
“Hazırda Qazaxıstanda 3 vətəndaşımızın müalicəsi davam etdirilir, onların vəziyyəti ağır stabildir və süni nəfəs aparatına qoşulublar”.

GununNebzi.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə anziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin vəziyyətləri nəzarət altındadır: “Bununla yanaşı, bu gün Qazaxıstana həkimlərdən və tibb bacılarından ibarət qrup ezam edilib. Kimliyi müəyyənləşməyən şəxslərin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər aparılır. Yaralılar əsasən travmatik zədə alıblar. Onların hansı şəraitdə və hansı səbəbdən travmalar alması müvafiq araşdırmaların predmetidir”.

Nazir, həmçinin əlavə edib ki, həmin yaralıların ölkəyə gətirilməsi onların səhhətindəki müsbət dinamikadan asılı olacaq.


Tarix: Dünən, 13:04 Oxunub: 0


Bölməyə aid digər xəbərlər