İsrailin “El Al” aviaşirkəti AZAL-ın Qroznıya uçan sərnişin təyyarəsinin Aktauda qəzaya düşməsi səbəbilə Tel-Əvivdən Moskvaya uçuşları dayandırıb.
GununNebzi.az xəbər verir ki, bu barədə “Times of Israel” şirkətə istinadən məlumat yayıb.
İsrailin flaqman aviadaşıyıcısı “El Al” açıqlamasında bildirib ki, uçuşlara hələlik 1 həftə müddətinə məhdudiyyət tətbiq edilib:
“Rusiyanın hava məkanındakı hadisələri əsas gətirərək bu həftə ərzində Təl-Əvivdən Moskvaya bütün uçuşları dayandırırıq. Gələn həftə, marşrutun bərpa edilib-edilməyəcəyinə qərar vermək üçün vəziyyətin yenidən qiymətləndirilməsi aparılacaq.
Bu addım ötən gün Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin bəzi rəsmilər tərəfindən Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu söyləməsindən sonra atılıb”.
Aviaşirkət bildirib ki, “El Al” tezliklə sərnişinlərə hadisələrlə bağlı yeniləmə göndərəcək.
Bölməyə aid digər xəbərlər