02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Salyanda azyaşlının ərə verilməsinin qarşısı alındı

Salyanda azyaşlının ərə verilməsinin qarşısı alındı

Polis Salyanda yetkinlik yaşına çatmayan qızın ərə verilməsinin qarşısını alıb.

GununNebzi.az-
ın “Qafqazinfo”ya istinadən məlumatına görə, ötən gün Salyan Rayon Polis Şöbəsinə (RPŞ) Seydan kənd sakini Şəhriyar Quliyevin 2007-ci il təvəllüdlü qızı ilə 1999-cu il təvəllüdlü həmkəndlisi arasında Qarabağlı kəndində yerləşən şadlıq sarayında toy mərasimi təşkil etmək istəməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, dərhal Salyan RPŞ tərəfindən məsələyə müdaxilə edib: “Polis əməkdaşları hər iki tərəfin valideynləri ilə görüşüb. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb. Azyaşlının nikaha girməsinin ciddi qanun pozuntusu olması onların nəzərinə çatdırılıb. Bununla da toy mərasimin qarşısı alınıb. Hər iki tərəf polis əməkdaşlarının xəbərdarlığını anlayışla qarşılayıblar. Valideynlər söz veriblər ki, qız yalnız 18 yaşına çatandan sonra toy mərasimi təşkil olunacaq”.

Tarix: 11-10-2022, 10:42 Oxunub: 21


Bölməyə aid digər xəbərlər