23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qusarda toy etmək istəyənlər saxlanıldı

Qusarda toy etmək istəyənlər saxlanıldıQusar Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Köhnə Xudat kəndi ərazisində yerləşən Aslan Hacıağayeva məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toy mərasiminin keçirliməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis bölməsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub və saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.


Tarix: 21-07-2020, 15:50 Oxunub: 177


Bölməyə aid digər xəbərlər