13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Aİ-nin sərhəddəki missiyasının müddətinin uzadılması istisna edilmir”

“Aİ-nin sərhəddəki missiyasının müddətinin uzadılması istisna edilmir”

“Ehtiyac yaranarsa Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədi yaxınlığında yerləşdirilən monitorinq missiyasının müddətinin uzadılması məsələsi müzakirə oluna bilər”.

GununNebzi.az
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

“Hələlik bununla bağlı özüm də əmin deyiləm, lakin buna ehtiyac duyarıqsa, bu məsələnin müzakirə edilməsi istisna edilmir”, - deyə Paşinyan söyləyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın əvvəli Praqada baş tutan danışıqların yekununda Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub. Missiya müvəqqəti xarakter daşıyır və 2 aydan çox davam etməyəcək.

Tarix: 20-10-2022, 14:03 Oxunub: 21


Bölməyə aid digər xəbərlər