21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Ukraynaya hərbi yardım üçün əlavə 2 milyard avro ayrıldı

Ukraynaya hərbi yardım üçün əlavə 2 milyard avro ayrıldı

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri 2023-cü ildə Avropa Sülh Fonduna ayrılan maliyyənin 2 milyard avro artırılması barədə razılığa gəliblər.

GununNebzi.az
xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Cozep Borrel məlumat verib.

Qeyd olunan Fondun vəsaiti Ukraynaya hərbi yardım göstərmək üçün nəzərdə tutulub. 2027-ci ilə qədər fondun maliyyə həcminin ümumi artımı 5,5 milyard avroya qədər olacaq.

"Bu qərar bizə tərəfdaşlarımızın silahlı qüvvələrinə hərbi dəstəyi davam etdirməyə imkan verəcək", - Borrel bildirib.

Avropa Sülh Fondu Avropa Şurası tərəfindən 22 mart 2021-ci ildə yaradılıb. Fondun maliyyələşdirilməsi Aİ-yə üzv dövlətlərin yardımları hesabına həyata keçirilir. Hazırda Aİ fondunun vəsaitinin yarıdan çoxu Ukraynaya hərbi yardım üçün ayrılıb.


(modern.az)

Tarix: 12-12-2022, 20:14 Oxunub: 21


Bölməyə aid digər xəbərlər