15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Xamenei hicabla bağlı mövqeyini yumşaldır

Xamenei hicabla bağlı mövqeyini yumşaldır

İranın Ali Rəhbəri Əli Xamenei ölkədə qadınların hicab taxması barədə sərt qaydalarla bağlı mövqeyini yumşaldıb.

GununNebzi.az
“IRNA” agentliyinə istinadən xəbər verir ki, Xamenei mədəni, ictimai və elmi sahələrdə fəaliyyət göstərən bir qrup qadınla görüşü zamanı bu barədə danışıb.

Onun sözlərinə görə, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz.

“Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”, - deyə Xamenei bildirib.

Qeyd edək ki, ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və dünyasını dəyişməsindən sonra İran rəhbərliyi bir çox ölkələr tərəfindən tənqid olunub. Bir çox qurum və təşkilatlar İranı qadınların hüquq və azadlıqlarını təmin etməyə çağırıb. İran boyu qadınlar da ölkə rəhbərliyinin qadınlara qarşı sərt siyasətinə qarşı etiraz aksiyalarına başlayıb. Xüsusilə də, aksiyalarda qadınların sözügedən qaydalara etiraz olaraq öz baş örtüklərini açdıqlarını, ictimai yerlərdə hicabsız gəzdiklərini görmək mümkün olub.

(Qafqazinfo)

Tarix: 5-01-2023, 10:08 Oxunub: 6


Bölməyə aid digər xəbərlər