23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

İranda sentyabrın ortalarında əxlaq polisi tərəfindən saxlandıqdan bir müddət sonra dünyasını dəyişən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.

GununNebzi.az
“ISNA” agentliyinə istinadən xəbər verir ki, tibbi ekspertizanın yaydığı məlumata görə, 22 yaşlı Məhsanın ölümünə səbəb başından və həyati vacib orqanlarından aldığı zərbələr olmayıb.

Bildirilir ki, o, 8 yaşı olduqda beynindən əməliyyat olunub: “Sentyabrın 13-ü Əmini huşunu itirib və yerə yıxılıb. Onun ürək ritmi pozulub və qan təzyiqi enib. Həmin dəqiqələrdə ona edilən qeyri-effektiv ürək-tənəffüs reanimasiyası onun beynində oksigen çatışmazlığına səbəb olub. O, orqan çatışmazlığından dünyasını dəyişib”.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun adrınca ölkədə kütləvi etirazlar və iğtişaşlar baş verib.

(Qafqazinfo)

Tarix: 7-10-2022, 16:18 Oxunub: 40


Bölməyə aid digər xəbərlər