01:14 / 24-12-2024
Prezidentin doğum günüdür
18:13 / 23-12-2024
Putin Əliyevi təbrik etdi
Nardarana işləyən xətt “BakuBus”a verildi

Nardarana işləyən xətt “BakuBus”a verildi

Nardaran – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi) istiqamətində işləyən 189 saylı marşrut xətti üzrə sərnişindaşıma “BakuBus” MMC-yə həvalə edilib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC qalib olub. 16.01.2023-cü il tarixindən bu xətt üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada həyata keçiriləcək.

Qeyd edilib ki, 189 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Nardaran qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasına imkan verəcək.

Tarix: 13-01-2023, 15:13 Oxunub: 76


Bölməyə aid digər xəbərlər