01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
İran XİN-dən səfirliyə hücumla bağlı - Açıqlama

İran XİN-dən səfirliyə hücumla bağlı - Açıqlama

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumla bağlı açıqlama verib.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı İranın Azərbaycandakı səfirliyi yayıb.

Məlumatda deyilir: “İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin girişində təəssüf ki, bir nəfərin ölümü ilə nəticələnən silahlı hadisəni kəskin şəkildə pisləyib.

Kənani bu səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verərək deyib: “Dərhal hadisəyə polis və təhlükəsizlik qüvvələri müdaxilə edərək, hücumçunu həbs edib və hal-hazırda dindirilir.”

Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra əlavə edib: “Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə hadisənin ölçülərini və hücum edənin motivini müəyyən etmək üçün yüksək prioritet və həssaslıqla məsələ araşdırılır.

Kənani əlavə edib ki, müvafiq orqan və qurumlar tərəfindən aparılan ilkin araşdırmaların nəticələri bu hərəkətin arxasında şəxsi motivlərin dayandığını göstərir.

Buna görə də aidiyyəti hüquq-mühafizə, təhlükəsizlik və məhkəmə qurumlarının dərhal məsələni diqqətdə saxladığını nəzərə alaraq, KİV-lərə bununla bağlı etibarsız xəbərlər və spekulyasiyalar dərc etməkdən çəkinməsi tövsiyə olunur.

Kanani bununla bağlı daha ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra dərc ediləcəyini bildirib”.

Tarix: 27-01-2023, 13:04 Oxunub: 12


Bölməyə aid digər xəbərlər