18:04 / 10-12-2024
Prezident Ərdoğana zəng etdi
10:54 / 10-12-2024
General qardaşlara ağır itki
Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, Rusiyaya qarşı hazırladıqları 10-cu sanksiya paketinin 10 milyard avro həcmində olacağını deyib.

GununNebzi.az
xəbər verir ki, o, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və Aİ Şurasının sədri Şarl Mişel ilə Kiyevdə keçirilən 24-cü Aİ-Ukrayna Sammitinin sonunda birgə mətbuat konfransında danışıb.

Von der Leyen, Rusiya iqtisadiyyatının tətbiq edilən sanksiyalara görə yüksək qiymət ödədiyini vurğulayaraq, “10-cu sanksiya paketi gəlir. Biz bu paketi fevralın 24-dək həyata keçirməyi hədəfləyirik”, - deyib.

Qeyd edək ki, Aİ indiyədək müharibə ilə əlaqədar Rusiyaya qarşı 9 sanksiya paketi tətbiq edib.

Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və lüks mallar da daxil olmaqla geniş spektri əhatə edir.

Tarix: 3-02-2023, 21:36 Oxunub: 24


Bölməyə aid digər xəbərlər