23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Lavrovla görüşdən sonra ermənilər bazara BURAXILDI

Lavrovla görüşdən sonra ermənilər bazara BURAXILDIXəbər verdiyimiz kimi iyulun 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə görüşüb.

GununNebzi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yaymışdı.

Bildirilirdi ki, Lavrov "Kiyevskaya ploşad" şirkətinin rəhbəri Qod Nisanovu və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanı qəbul edib.

Bu gün isə görüşün detalları məlum olub. Məlumata görə, görüşdən sonra "Kiyevskaya ploşad" şirkətlər qrupu “Fud Siti” bazarında və digər obyektlərin fəaliyyətində bərabərlik prinsiplərinə riayət etməyə davam etmək niyyətində olduğunu bəyan edib.

Bu barədə şirkətin Direktorlar Şurasının sədri Qod Nisanov səhmdarlar və rəhbərlik obyektlərdə işləyən insanların milli mənsubiyyətinə fərq qoymadan, vahid yanaşma, rahatlıq və təhlükəsizlik prinsiplərini gözləyərək onların çalışmasına şərait yaradacaqları deyib:

"Qrupa aid olan şirkətlər fəaliyyət göstərdiyi illər ərzində milliyyətindən və dinindən asılı olmayaraq istehlakçıların, tərəfdaşların və icarədarların maraqlarını qoruyub. "Kiyevskaya ploşad" şirkətlər qrupunun səhmdarları və rəhbərləri obyektlərimizdə işləyən hər kəs üçün ən rahat və təhlükəsiz şəraitin yaradılmasına xüsusi diqqət yetirərək bu prinsiplərə riayət etməyə davam etmək niyyətindədirlər”.

Xatırladaq ki, iyulun 12-də Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarından sonra Ermənistan sahibkarlarına məxsus məhsul dolu yük maşınları “Fud Siti” kənd təsərrüfatı məhsulları bazarından çıxarılmış, erməni ticarətçilərin məhsullarına boykot elan olunmuşdu.


Tarix: 26-07-2020, 07:30 Oxunub: 123


Bölməyə aid digər xəbərlər