Podolyakdan mövsümi PROQNOZ: “Krımda yay çox isti olacaq, çünki...”

Podolyakdan mövsümi PROQNOZ: “Krımda yay çox isti olacaq, çünki...”

“Bu il Krımda mövsüm çox isti olacaq”.

GununNebzi.az
xəbər verir ki, bu barədə ölkə telekanallarına müsahibələrinin birində Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak bildirib.

"Bu il Krımda mövsüm çox isti olacaq. Ukrayna bir çoxlarına izah edəcək ki, ölkəyə sadəcə hörmətlə deyil, böyük qorxu ilə yanaşmaq lazımdır. Əgər kimsə, ölkəmizə soxulmaq istəsə, nəticələri ağır olacaq və finalda üç dəfə çox hesab ödəməli olacaq”, - deyə Podolyak qeyd edib.

Onun sözlərinə görə, bu mövsüm həm də olduqca yaddaqalan olacaq, çünki “qeyri-sabit” rejimlərə malik ölkələrin diqqəti Krıma yönələcək:

"Həmin ölkələr əsas şeyi görəcəklər. Ədalət həmişə şərdən daha möhtəşəm görünür, hətta bu şərin alnında üç rəng olsa belə".

Tarix: 11-03-2023, 07:25 Oxunub: 16


Bölməyə aid digər xəbərlər