ABŞ-ın Boston Universitetinin alimləri koronavirusu məhv etməyin ən təsirli yolunu tapıblar.
GununNebzi.az xəbər verir ki, universitetin Milli Yoluxucu Xəstəliklər Laboratoriyası tərəfindən “Signify” şirkəti ilə aparılan araşdırma nəticəsində COVID-19 virusuna səbəb olan SARS-CoV-2-ni aradan qaldırmağın ən uyğun və təseridici yolunu müəyyən ediblər.
Professor Anthony Griffithsin rəhbərliyi altında həyata keçirilən araşdırma müddətində sınaq təcrübəsi də aparılıb. Müvafiq olaraq, virusun təmas etdiyi hansısa bir əşyaya müxtəlif dozalarda ultrabənövşəyi radiasiya tətbiq edilib. Daha sonra isə virusun inaktivasiya mərhələsinin sürəti ölçülüb.
SARS-CoV-2 virusunun hər kvadrat santimetrinə 5 millijoul lampa dozası tətbiq edildiyi zaman 6 saniyədə 99 faiz yavaşladığı və 22 millijoul lampa dozası tətbiq edildikdə isə 25 saniyə ərzində tamamilə yox olduğu ortaya çıxıb.
(Publika.az)
Bölməyə aid digər xəbərlər