23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Elm adamlarından MÖHTƏŞƏM XƏBƏR: bu xəstəliyin dərmanları koronavirusu sağaldır

Elm adamlarından MÖHTƏŞƏM XƏBƏR: bu xəstəliyin dərmanları koronavirusu sağaldır


gununnebzi.az Hepatit C xəstəliyinin müalicəsində istifadə edilən bir çox dərman yeni tip koronavirusa qarşı istifadə edilə biləcək potensialdadır.

Bu barədə Mainz Yohan Qutteberq Universiteti (JGU) araşdırma aparıb.

Universitetin elm adamları “MOGON II” super-kompüterindən istifadə edərək açıq verilənlər bazasında SARS-CoV-2-nin proteinlərinə bağlanan 42 min fərqli məzmun metodlarını incələyib.

Kompüter simulyasiyalarının hesablamalarına uyğun olaraq Hepatit C dərman tərkibləri olan “Simeprevir”, “Paritaprevir”, “Grazoprevir” və “Velpatasvi”nin SARS-CoV-2 infeksiyasının qarşsını ala biləcəkləri bildirilib.

Araşdırmanın nəticələri Ümumdünya Səhiyyə Təşkilatının Bülletenində yayımlanıb. Prosesə liderlik edən professor Tomas Efferth bu kompüter simulyasiyalarının illərdir ki, molekulyar birləşdirmə üçün istifadə edildiyini qeyd edib: “Bildiyimiz qədərilə, bu metodla yeni tip koronavirusu araşdıran ilk komanda bizik. Bir çox təsdiq edilmiş Hepatit C dərmanının müalicə üçün ümidverici namizədlər olduğunu tapmağımız möhtəşəm xəbərdir”.

“Financial Express”in xəbərinə görə, professor Tomas Efferth tapıntılarının SARS-CoV-2 və Hepatit C viruslarının eyni növdən, digər deyimlə, RNT viusu olduğu reallığı ilə dəstəkləndiyini vurğulayıb.


Tarix: 5-05-2020, 17:30 Oxunub: 65


Bölməyə aid digər xəbərlər