23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Koronavirusun müalicəsində yararlı olan dərmanın ölkələrə paylanılmasına başlanılır

Koronavirusun müalicəsində yararlı olan dərmanın ölkələrə paylanılmasına başlanılırKoronavirusa qarşı fərqli dərmanlar üzərində klinik çalışmalar davam edərkən, virusun potensial müalicə yollarından biri olaraq görülən Yaponiya istehsalı "Aviqan" dərmanı ilə bağlı yeni məlumatlar üzə çıxıb.
gununnebzi.az xəbər verir ki, daha əvvəl dərmanı ödənişsiz digər ölkələrə verəcəklərini açıqlayan Yaponiya Xarici İşlər naziri Toşimitu Motegi 80 fərqli ölkənin onlardan ödənişsiz dərman tələb etdiyini deyib. Dərmanın ilk olaraq 43 ölkəyə göndəriləcəyini açıqlayan Motegi bunun BMT vasitəçiliyi ilə olacağını ifadə edib.
Motegi bildirib ki, dərmanı alacaq ölkələr klinik araşdırmanın nəticələrini Yaponiya ilə paylaşacaqlar. Dərmanın göndərilməsi növbəti həftə üçün nəzərdə tutulub.

"Fujifilm Group"a daxil olan "Toyama Chemical" şirkəti tərəfindən qrip dərmanı olaraq istehsal edilən "Aviqan" dərmanının koronavirus simptomlarını müalicə etdiyi açıqlanmışdı. Çinli alimlər bildirmişdilər ki, bu dərmanla koronavirus müalicəsində uğurlu nəticələr əldə ediblər.

Mənbə: Haber7


Tarix: 1-05-2020, 15:36 Oxunub: 100


Bölməyə aid digər xəbərlər