Dünyanın ən böyük günəş foto-elektrik stansiyası Birləşmiş Ərəb Əmirliklərində inşa ediləcək.
İnşaat tenderində Çinin “Jinko Power Technology Co., Ltd” və Fransanın “EDF Renewables” şirkətlərinin sindikatı qalib gəlib.
Gücü 2 GBt olacaq stansiya Əbu-Dabidən 35 kilometr cənubda yerləşən Əl-Cəfra bölgəsində yerləşəcək.
Tenderin təşkilatçısı BƏƏ-nin su təchizatı və elektrikləşdirmə şirkəti olan “Emirates Water and Electric Company” (“EWEC”) olub.
Bundan əvvəl “EWEC” yeni bir günəş elektrik stansiyasından elektrik enerjisi almaq üçün 30 il müddətinə müqavilə imzalayıb.
Stansiyanın tikintisinə başlanılması 2020-ci ilin sonuna, istifadəyə verilməsi isə 2022-ci ilə planlaşdırılır. İnşaat layihəsi BƏƏ üçün 4 minə yaxın iş yeri yaradacaqdır.
Xatırladaq ki, artıq bundan əvvəl bir neçə dəfə, o cümlədən 2013 və 2019-cu illərdə BƏƏ-də dünyanın ən böyüyü hesab edilən günəş elektrik stansiyaları tikilib.
Bölməyə aid digər xəbərlər