23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Livan prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNİB

Livan prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNİBLivan Prezidenti Mişel Aun hökumətin istefasını qəbul edib.

GununNebzi.az “Al Jazeera” istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni hökumət qurulana qədər hazırkı hökumət vəzifəsinə davam edəcək.

Prezidentlə baş nazirin görüşündə tərəflər 4 avqustda Beyrut dəniz limanında baş vermiş partlayışdan sonra Livandakı son hadisələri də müzakirə ediblər. Dövlət başçısı görülən işlərə görə istefada olan hökumət üzvlərinə təşəkkürünü çatdırıb.

18:51

Livan hökuməti tam tərkibdə istefa verib.

GununNebzi.az“Haber Global” istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Hamad Hasan açıqlama verib.

Seray sarayında hökumətin toplantısından sonra çıxışda jurnalistlərə qısa açıqlama verən hökumət rəsmisi bildirib ki, bu barədə baş nazir Hassan Diyab rəsmi bəyanat verəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxt Beyrutda limanda baş vermiş şiddətli partlayışdan sonra ölkədə dörd nazir və altı millət vəkili istefa vermişdi.


Tarix: 10-08-2020, 23:56 Oxunub: 164


Bölməyə aid digər xəbərlər