23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Budanov: “On aydan az vaxtımız var”

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Budanov: “On aydan az vaxtımız var”

Bizim on aydan az vaxtımız var”.

Bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatını şərh edərkən deyib.

O, həmçinin cəbhədəki uğurlar barədə də danışıb.

“Əks-hücum gedir. Ümumilikdə belə deyək, gedir. Uğur olacaq, amma sonra”, - deyə Ukraynanın baş kəşfiyyatçısı “Reuters” agentliyinə müsahibəsində qeyd edib.

Eyni zamanda o, Ukraynanın işğaldan azad edilməsi əməliyyatını Rusiyanın Ukraynanın qala-şəhəri olan Baxmut uğrunda aylarla davam edən döyüşü ilə müqayisə edib.

“Sizə Baxmutla bağlı bu məşhur hekayəni xatırlatmaq istəyirəm. Rusiyalılar 10 aydan çox bu istiqamətdə hücum etdilər. Bizim məqsədimiz Baxmutdan daha çoxdur, lakin 10 aydan az vaxtımız var”, - deyə Budanov vurğulayıb.

UNİAN-a istinadla

Tarix: 8-07-2023, 09:16 Oxunub: 13


Bölməyə aid digər xəbərlər