Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev nəvəsi Aysultan Nazarbayev vəfat edib.
GununNebzi.az xəbər verir ki, o, ötən gecə Londonda dünyasını dəyişib.
30 yaşınfa vəfat edən Aysultanın ölüm səbəbi araşdırılır. İlkin versiyaya görə, onun ölümünə ürək tutması səbəb olub.
Qeyd edək ki, Aysultan Nazarbayev bu ilin fevralında Böyük Britaniyadan siyasi sığınacaq istəmişdi. O, bu barədə məlumatı öz feysbuk səhifəsində yaymışdı. Nazarbayevin nəvəsi addımını ailəsinin ona təzyiq göstərməsi ilə izah etmişdi.
Xatırladaq ki, Nazarbayev Qazaxıstanın birinci Prezidentinin böyük qızı Dariqa Nazarbayevanın oğludur. Aysultan 2017-ci ildə feysbukda atasının ölümündən sonra narkotikdən istifadə etdiyini, lakin bu asılılıqdan xilas olduğunu bildirmişdi.
Bundan başqa Aysultan Nazarbayev ötən il Londonda polisi dişləmişdi. Həmin vaxt mətbuatda yayılan xəbərlərə görə, Nazarbayevin nəvəsi başqasının mülkünə qanunsuz daxil olan zaman onu yaxalamaq istəyən polisə müqavimət göstərmişdi. Londonda Sautvork kral məhkəməsi Aysultan Nazarbayevə azadlıqdan şərti məhrumetmə cəzası vermişdi.(qafqazinfo)
Bölməyə aid digər xəbərlər