Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən mitinqdə çıxış edib.
Lukaşenko çıxışında ölkənin bütün regionlarından olan tərəfdarlarına minnətdarlıq edib.
“Çox sağ olun, siz heç vaxt məni pis vəziyyətdə qoymamısınız”, - Prezident bildirib.
xxx
Hökumətyönlü "Belaya Rus" ictimai təşkilatı hazırkı Prezident Aleksandr Lukaşenkoya dəstək olaraq Minskdə "həmrəylik mitinqi" keçirmək niyyətindədir.
GununNebzi.az xəbər verir ki, bu barədə təşkilatın "Facebook" səhifəsində məlumat verilib.
"Bazar günü saat 12:00-da, paytaxtın Müstəqillik Meydanında, Hökümət Evinin yaxınlığında, həmrəylik mitinqi keçiriləcək. Tamamilə dinc. Dövlət kursunu dəstəkləyən qüvvələr toplanacaq, deyə məlumatda bildirilir.
"Bu mitinq vətənini qoruyan, ölkənin iki əks düşərgəyə bölünməsinə qarşı olanların hamısını bir araya gətirəcəkdir. Ümumiyyətlə, bütün konstruktiv Belarusiya bizimlədir".
Bölməyə aid digər xəbərlər