23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Braziliya prezidentinin xanımı koronavirusdan sağaldı

Braziliya prezidentinin xanımı koronavirusdan sağaldıBraziliyanın birinci xanımı Mişel Bolsonaru koronavirusdan müalicə olunaraq sağalıb.
Bunu xanım Bolsonaru özünün “Instagram” səhifəsində bildirib.
“Test nəticəsi mənfidir. Dualarınıza və diqqətinizə görə minnətdaram”, - deyə onun paylaşımında yazılıb.
Braziliyalı prezidentin xanımı öz paylaşımında koronavirus üçün verdiyi testin nəticələrini əks etdirən fotoşəkil də yerləşdirib.
Qeyd edək ki, Braziliya prezidenti Jair Bolsonaruda COVID-19 virusu aşkar olunduqdan bir qədər sonra, yəni iyulun sonlarında dövlət başçısının mətbuat xidməti 38 yaşlı birinci xanımın da koronavirusa yoluxması barədə məlumat yayıb.


Tarix: 17-08-2020, 08:59 Oxunub: 177


Bölməyə aid digər xəbərlər