11:49 / 07-01-2025
Onlara yeni vəzifə verildi
“Qarabağın məxsusluğu məsələsi həll olunub”

“Qarabağın məxsusluğu məsələsi həll olunub”

“Qarabağın məxsusluğu ilə bağlı əsas məsələ həll olunub”.

GununNebzi.az
Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əhəmiyyətli irəliləyiş var: “İki ölkə arasında sazişin imzalanması üçün ilkin şərtlər mövcuddur”.

Peskov, həmçinin qeyd edib ki, Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılması ilə bağlı hazırda konkret razılaşmalar mövcud deyil.

Kremlin mətbuat katibi, eyni zamanda Qarabağda rusiyalı sülhməramlıların həlak olması ilə bağlı araşdırma aparıldığını da qeyd edib. O, hadisənin detallarının məlum olmadığını vurğulayıb.

Tarix: 21-09-2023, 20:14 Oxunub: 11


Bölməyə aid digər xəbərlər
5-09-2023, 15:05 Kreml Paşinyana cavab verdi