23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Tarixi RAZILAŞMA: ABŞ hərbçilərini bu ölkədən çıxarır

Tarixi RAZILAŞMA: ABŞ hərbçilərini bu ölkədən çıxarırİraqın Baş naziri Mustafa əl-Kazımi ABŞ əsgərlərinin ölkədən çıxarılması barədə razılaşdıqlarını açıqlayıb.

GununNebzi.az xəbər verir ki, buninla bağlı İraqın rəsmi xəbər agentliyində avqustun 20-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə görüş keçirən Kazıminin açıqlamaları yer alıb.

Kazımi Tramp ilə görüşünün əhəmiyyətli və uğurlu olduğunu söyləyib:

"İlk dəfə ABŞ-dan İraq hökumətinin tələblərinə qarşı şəffaf və tolerantlı bir yanaşma gördüm. ABŞ tərəfi ilə qüvvələrinin İraqdan çıxarılıb yenidən yerləşdirmək barədə razılığa gəldik. Bu çərçivədə lazımi mexanizmin yaradılması üçün texniki heyətin təşkil edilməsi qərara alındı".

ABŞ ilə bir çox sahədə ikitərəfli müqavilələrin bağlandığını vurğulayan Kazımi bunlardan ən vacibinin Zikar təbii qaz razılaşmasının olduğunu deyib.

Tramp avqustun 20-də də "Əsgərlərimizi İraqdan sürətlə çıxarırıq. ABŞ-ın orada qalmaq məcburiyyətində olmadığı günü səbirsizliklə gözləyirəm" deyib.

(Publika.az )


Tarix: 22-08-2020, 08:26 Oxunub: 131


Bölməyə aid digər xəbərlər
8-04-2020, 13:28 Tramp ÜST-ü tənqid etdi
8-04-2020, 12:25 Tramp ÜST-ü tənqid etdi