“Amazon” korporasiyasının rəhbəri Ceff Bezosun keçmiş arvadı Makkenzi Skottun sərvəti 68 milyard dollara çatıb.
“Bloomberg” xəbər verir ki, bununla da o, dünyanın ən zəngin qadını olub.
Skott siyahıda “L'Oreal” kosmetika şirkətinin sahibi Fransuaza Bettankur-Mayersi qabaqlayır. Mayersin sərvəti 66,8 milyard dollar qiymətləndirilir.
İyul ayında Skott böyük pərakəndə ticarət şəbəkəsinin qurucusu Elis Ualtonun qızını üstələyərək ABŞ-ın 63,6 dollar sərvətə malik ən zəngin qadını olaraq tanınıb.
Dünyanın ən varlı adamlarının ümumi sıralamasında Bezosun keçmiş həyat yoldaşı 12-ci yerdədir.
O, keçən ilin iyul ayında boşanma nəticəsində dünyanın ən böyük onlayn satış şəbəkəsi olan “Amazon”dan 4 faiz pay alıb. Rəsmi boşanma zamanı səhmlər təxminən 38,3 milyard dollar təşkil edib. Lakin pandemiya dövründə şirkətin səhmlərinin dəyəri kəskin şəkildə artıb.
Qeyd edək ki, Bezosun sərvəti hal-hazırda 207 milyard dollardır. O, bu cür statistikanın aparıldığı müddət ərzində sərvəti 200 milyard dolları keçən ilk şəxs oldu.
Bölməyə aid digər xəbərlər