15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Xərçəng xəstəliyinin yaranmasını xəbər verən əlamət AÇIQLANDI

Xərçəng xəstəliyinin yaranmasını xəbər verən əlamət AÇIQLANDIRusiyanın onkoloq cərrahı Mixail Myasnyankin dəridəki xalların hansı dəyişikliklərinin inkişaf edən xərçəng xəstəliyinin əlaməti ola biləcəyindən danışıb.

gununnebzi.az xəbər verir ki, bu barədə onkoloq "Beşinci kanal"a müsahibəsində bildirib.
Mütəxəssis hər şeydən əvvəl xalın beş millimetrdən çox olacağı təqdirdə həkimlərlə əlaqə saxlamağı məsləhət görüb. Həm də onun sözlərinə görə, xalın rənginə diqqət yetirmək vacibdir.

"Əgər xal əvvəlcə açıq-qəhvəyi idisə və zamanla qaralmağa başlayırsa, onda bu mütəxəssisə müraciət üçün məcburi səbəbdir", - onkoloq qeyd edib.

O, vurğulayıb ki, heç bir halda özbaşına xalın formalaşmasının qarşısını almağa çalışmaq olmaz, çünki belə cəhdlər təhlükəli ola bilər.


Tarix: 6-09-2020, 16:50 Oxunub: 141


Bölməyə aid digər xəbərlər