21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
İranın yeni Prezidenti Haniyənin öldürülməsindən danışdı

İranın yeni Prezidenti Haniyənin öldürülməsindən danışdı
“Tehran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürən terrorçu işğalçıları peşman edəcək”.

GununNebzi.az
“Kommersant”a istinadən xəbər verir ki, bu barədə İranın yeni Prezidenti Məsud Pezeşkian bildirib.

O, həmçinin İslam Respublikasının öz suverenliyini müdafiə edəcəyini söyləyib.

Qeyd edək ki, İ. Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. Gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.

HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.


Tarix: 31-07-2024, 12:08 Oxunub: 0


Bölməyə aid digər xəbərlər