20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
Koronanın uşaqlar üçün təhlükəli fəsadları bəlli oldu

Koronanın uşaqlar üçün təhlükəli fəsadları bəlli olduTexas Universitetinin Tibbi elmləri mərkəzinin alimləri SARS-CoV-2 koronavirusu infeksiyasına məruz qalmış uşaqlar üçün bir sonrakı nəticələrin daha ağır ola biləcəyi qənaətinə gəliblər.

gununnebzi.az Musavat.com-a istinadən xəbər verir ki, alimlərin gəldiyi nəticələr “EclinicalMedicine” jurnalında dərc olunub.

Mütəxəssislər multisistem iltihab sindromu (MİS-C) keçirən 662 uşağın iştirakı ilə 40-dan çox müşahidə araşdırmasının nəticələrini təhqiq ediblər. Məlum olub ki, həmin sindrom ürəkdə, böyrəklərdə, beyində, gözlərdə, dəridə və digər orqanlarda iltihablı proseslərlə xarakterizə olunur. Onun simptomları iki xəstəliyi xatırladır. Bunlar “Kavasaki” və “toksik şok” xəstəlikləridir. Lakin burada iltihab daha şiddətli və ölümcüldür.

Uşaqların 71 faizi reanimasiyaya yerləşdirilib, onların xəstəxanada qalma müddəti orta hesabla 8 gün olub. Əksər hallarda xəstələrdə yüksək hərarət, qarın ağrısı və ya ishal (73,6%) və qusma (68,3%) müşahidə edilib. Bunda başqa, uşaqlarda konyuktivit və səpgilər adi hal olaraq görülüb.

Azyaşlılar arasında ölüm dərəcəsi 1,7%-i keçməsə də, hər halda COVİD-19-a yoluxan uşaqlara (0,09%) nisbətən xeyli çoxdur. “MİS-C” həm də koronavirus infeksiyasını yüngül keçirən uşaqlarda da inkişaf edir. Hətta sağalan uşaqlarda belə ekokardioqrammada anormallıq görünür.

Belə ki, xəstələrin 10%-nə ürək çatışmazlığı riskini artıran bir koronar anevrizma diaqnozu qoyulub. Xəstəliyin başqasına keçməsinin nəticələri isə ömrün sonuna qədər davam edə bilər.


Tarix: 8-09-2020, 08:30 Oxunub: 153


Bölməyə aid digər xəbərlər