23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Putin Zaxarovaya görə Serbiya prezidentindən ÜZR İSTƏDİ

Putin Zaxarovaya görə Serbiya prezidentindən ÜZR İSTƏDİRusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bənzətməsindən dolayı Serbiya Prezidenti Aleksandr Vuçiçdən üzr istəyib.

gununnebzi.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Aleksandr Vuçiç dövlət televizyasına müsahibəsi zamanı məlumat verib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin və Xarici işlər naziri Sergey Lavrovun ondan üzr istəyiblər.

“Bundan əvvəl nə Vladimir Putin, nə də Sergey Lavrov məndən heç vaxt üzr istəməyiblər. Ancaq bu məsələyə görə hər ikisi üzr istədi. Tərbiyəli bir insan kimi mən ümumiyyətlə paylaşımı xatırlamaz və bu haqda danışmazdım. Düşünürəm ki, bizim yaxşı əlaqələrimiz var və baş verən hadisə mənim üçün keçici, əhəmiyyətsiz bir şeydir”, - deyə Vuçiç bildirib.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinlə Lavrovun üzr istəməsi faktını təsdiqləyib.

Xatırladaq ki, Zaxarova Vuçiçin ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşdə Amerika liderinin yanında stulda əyləşməsini görüntələyən foto ilə məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını ayağının üstünə qoyduğu kadrdan fotonu kollaj edərək belə şərh vermişdi: “Əgər sizi Ağ Evə çağırıb stulu bu cür sorğuya çəkirmişcəsinə qoyurlarsa, kim olmağınızdan asılı olmayaraq 2-ci şəkildəki kimi əyləşin, sadəcə inanın”.

Mariya Zaxarova isə daha sonra üzr istəyərək paylaşımın səhv anlaşıldığını bildirmişdi.


Tarix: 11-09-2020, 08:30 Oxunub: 119


Bölməyə aid digər xəbərlər