23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qeytsdən PANDEMİYA AÇIQLAMASI: “Günahkar mən deyiləm, Feysbuk və...”

Qeytsdən PANDEMİYA AÇIQLAMASI: “Günahkar mən deyiləm, Feysbuk və...”Varlı ölkələr peyvəndin planetdəki hər kəsə əlçatan olması üçün daha çox dəstək verməlidir.

GununNebzi.az xəbər verir ki, bu sözləri “Microsoft”un qurucusu, dünyanın ən varlı ikinci adamı Bill Qeyts “BBC World”ə açıqlamasında deyib.

Koronavirusa qarşı hazırlanan peyvənd layihələrinin maliyyələşməsində problem olmadığını bildirən Qeyts qeyd edib ki, peyvəndin hamıya çatmasının qarşısında maneələr mövcuddur.

Qeyd edək ki, B.Qeyts daha əvvəl haqqında çıxan fərziyyələrlə bağlı açıqlama vermişdi. ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri Rocer Stoun koronavirusun yaradılmasında Bill Qeytsin barmağı ola biləcəyini iddia etmişdi. “Qeytsin bu pandemiyanın yaradılması və yayılması prosesində rol oynayıb-oynamadığı müzakirəyə açıqdır” deyən Stoun Billin insanlara mikroçip taxmaq üçün bu pandemiyadan istifadə etdiyini dilə gətirmişdi. B.Qeyts isə CBS telekanalına açıqlamasında sözügedən iddiaları təkzib etmişdi. O, virusun ABŞ-da sürətlə yayılmasının səbəblərindən birinin sosial mediadakı saxta bilgilər olduğunu demişdi. Feysbuk və bənzər platformaların COVID-19 haqqında yanlış bilgilərlə mübarizəsinin effektiv olmadığını iddia etmişdi./publika.az


Tarix: 15-09-2020, 20:30 Oxunub: 136


Bölməyə aid digər xəbərlər