Rusiya Silahlı Qüvvələrinin arsenalında 12 min tank var ki, bu da ABŞ Silahlı Qüvvələrindəkindən 2 dəfə çoxdur.
GununNebzi.az xəbər verir ki, bunu “The National Interest” hərbi analitika dərgisi üçün qələmə aldığı məqalədə amerikalı hərbi mütəxəssis Kris Obsorne bildirib.
Rusiya ilə ABŞ arasında quru döyüşləri ehtimalı ilə bağlı şərh verən mütəxəssis qeyd edib ki, əldəki məlumatlar uzunmüddətli quru döyüşlərinin nəticələri mövzusunda qəribə sual gündəmə gətirir. O vurğulayıb ki, ehtimal olunan toqquşmanın nəticələri ilə bağlı təxminlər T-72B tanklarının texniki modernizasiyası mövzusunda məlumat çatışmazlığından dolayı çətinləşir.
Rusiyanın güclü quru qüvvələrinə sahib dövlət olduğunu, ABŞ-ın isə nəhəng dəniz və aviasiya qüdrəti olduğunu bildirən Obsorne bu çərçivədə ABŞ-ın yalnız səmada üstünlük əldə edə biləcəkləri təqdirində Rusiyanın quru qüvvələrinə qalib gələ biləcəyini qeyd edib.
(Publika.az)
Bölməyə aid digər xəbərlər