23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ İraqda Hizbullah bazalarını bombaladı 0

ABŞ İraqda Hizbullah bazalarını bombaladı  0 Pentaqon İraqda ABŞ-ın Taci hərbi bazasına hücumdan sonra Hizbullah qruplaşmasına aid silah anbarlarına hava zərbələri endirildiyini açıqlayıb.
Gununsesi.org Qaynarinfo-ya istinadla xəbər verir ki, hücum zamanı 5 anbar bombalanıb. Pentaqonun yazılı açıqlamasında qruplaşmanın ABŞ qüvvələrinə qarşı gələcək fəaliyyətlərinin miqyasının böyük ölçüdə azaldıldığı bildirilib.
“Bu bazalar arasında ABŞ və koalisiya qüvvələrinə qarşı təşkil edilən hücumlarda istifadə edilən silahların saxlandığı anbarlar da var. Hücum müdafiə məqsədli idi. Bu terror qrupları ABŞ və koalisiya qüvvələrinə qarşı hücumları dayandırmalıdır. Əks təqdirdə bunun əvəzini bizim istədiyimiz yerdə və vaxtda ödəməyə hazır olacaqlar”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, daha öncə Hizbullah Bağdadın şimalındakı Taci bazasına 30 raket atıb, onlardan 18-i hədəfi vurub. Nəticədə 2 ABŞ, əsgəri və 1 Britaniya vətəndaşı ölüb, 14 əsgər yaralanıb. Bu barədə açıqlama verən Pentaqon rəhbəri Mark Esper cavab tədbirləri üçün bütün imkanların masada olduğunu açıqlamışdı
Gununsesi.org


Tarix: 13-03-2020, 18:26 Oxunub: 72


Bölməyə aid digər xəbərlər