01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Ərdoğanın baş müşavirindən Ermənistanla bağlı AÇIQLAMA: bu yolu ələ keçirib...

Ərdoğanın baş müşavirindən Ermənistanla bağlı AÇIQLAMA: bu yolu ələ keçirib...“Azərbaycanın əlinə batan tikanı Türkiyə ürəyində hiss edər”.

GununNebzi.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Azerbaycan’ın eline diken batsa Türkiye yüreğinde hisseder

Ərdoğanın baş müşavirindən Ermənistanla bağlı AÇIQLAMA: bu yolu ələ keçirib...Azərbaycan-Ermənistan sərhəd xəttindəki gərginliklə bağlı danışan Y.Topçu bildirib ki, Nemes-Daşnaq-Xınçaq-Asala zehniyyəti ilə hərəkət edən Ermənistan hökuməti öz xalqını yoxsulluq və qeyri-sabitliyə məhkum etmək bahasına BMT-nin qətnamələrini tanımır və işğal etdiyi Dağlıq Qarabağdan çəkilməməklə yanaşı, Tovuz bölgəsində təxribatlar törətməyə çalışır: “Ermənistan Azərbaycan ilə Türkiyənin yeganə quru yolunu da ələ keçirib iki ölkənin ortaq enerji nəqliyyatı xətlərinə nəzarət etmək istəyir. Ermənistanın öz xalqına yaşatdığı siyasi və iqtisadi böhran bu cür hücumları ört-basdır etmək və iqtidarına davam etmək niyyəti daşıyır”.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın “bu hücumlar Ermənistanın boyunu aşar. Məqsəd həm Dağlıq Qarabağda həll yolunu tıxamaq, həm də yeni toqquşma ortaya çıxarmaqdır. Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər növ hücumun qarşısında yer almaqda əsla tərəddüd etməyəcək” bəyanatı türk dövləti və millətinin mövqeyinin ifadəsidir.

Y.Topçu vurğulayıb ki, BMT və Avropa İttifaqı Ermənistana qarşı bölgənin və dünyanın sülhü üçün dərhal lazımi mövqeyi sərgiləməlidir.
(Publika.az)


Tarix: 23-09-2020, 17:06 Oxunub: 157


Bölməyə aid digər xəbərlər