Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 26-ya yüksəlib.
GununNebzi.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəzadan yaralı çıxan 2 nəfərdən 1-i xəstəxanada dünyasını dəyişib. Digərinin müalicəsi davam edir.
Ukrayna Prezidenti Vladimir Zelenski hadisə yerində verdiyi açıqlamada zərərçəkənlərin ailələrinə yardım olunacağını deyib.
Ukrayna Daxili İşlər naziri Arsen Avakov və Müdafiə naziri Endri Taran da hadisə yerinə gedib.
Qəzanın səbəblərini araşdırmaq üçün Baş nazirin müavini Oleq Uruskinin rəhbərliyində dövlət komissiyası yaradılıb.
Hadisə səbəbilə bu gün Ukraynada milli matəm elan olunub.
Qeyd edək ki, ötən gecə 27 nəfərlik heyəti daşıyan AN-26 tipli hərbi təyyarə qəzaya uğramışdı. Nəticədə 25 nəfər hadisə yerindəcə dünyasını dəyişmişdi. Digər 2 nəfər qəzadan saniyələr əvvəl təyyarədən özlərini atmışdı.
Təlim uçuşu həyata keçirən təyyarədə Xarkov Hava Qüvvələri Universitetinin tələbələri və ekipaj üzvləri olub.
Bölməyə aid digər xəbərlər