23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Türk generaldan Ermənistana ULTİMATUM: Dərhal atəşkəs istəyənlər...

Türk generaldan Ermənistana ULTİMATUM: Dərhal atəşkəs istəyənlər...Ermənistan dərhal hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdlu əsgərləri və terrorçuları geri göndərməlidir. Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır.

GununNebzi.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı istiqamətlərdə mülki yaşayış obyektlərinə təxribatçı hücumlarını bir daha qınayıb: “Süh yolu ilə həll istəyənlər, dərhal atəşkəs istəyənlər, indi dialoqu xatırlayanlar Dağlıq Qarabağ ilə Azərbaycanın 20 faizi işğal altında ikən, Xocalıda barbarlıqla, haqq-hüquq, uşaq, qadın, qoca demədən minlərlə insan qətl edilərkən, milyonlarla insan evindən, yurdundan edilmişkən, 30 ildir harada idilər?”

O bildirib ki, Türkiyə və Azərbaycan kədərdə də, sevincdə də bərabərdir.


Tarix: 28-09-2020, 18:43 Oxunub: 137


Bölməyə aid digər xəbərlər