23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ən “təhlükəli” qan qrupu açıqlanıb

Ən “təhlükəli” qan qrupu açıqlanıbYaponiyalı alimlər ən “təhlükəli” qan qrupunu açıqlayıb. Aparılan tədqiqatlara görə, birinci qan qrupu olan insanların ağır yaralanmalardan ölüm riski demək olar ki, üç dəfə çoxdur.

Bu barədə “Rosbalt” xəbər yayıb.

Mütəxəssislərin fikrincə, birinci qan qrupu olan xəstələrdə qan itkisi riski daha yüksəkdir. Bu, sözügedən qrupda “von Villebrand faktoru”nun (qan plazmasının qlikoprotein) az olması (nəticədə laxtalanma zəifləyir) ilə izah olunur.

Onu da qeyd edək ki, birinci qan qrupu olan insanlar universal donor olsalar da, özlərinə yalnız öz qruplarının qanlarını köçürülməsinə icazə verilir.
(oxu.az)


Tarix: 4-10-2020, 09:18 Oxunub: 118


Bölməyə aid digər xəbərlər