23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Paşinyan bir həftədə dördüncü dəfə Putinə zəng vurdu

Paşinyan bir həftədə dördüncü dəfə Putinə zəng vurduRusiya Prezidenti Vladimir Putinlə Ermənistan Prezidenti Nikol Paşinyan arasında növbəti telefon danışığı olub.

Tərəflər Qarabağda hərbi əməliyyatların dayandırılmasına təcili ehtiyac olduğunu vurğulayıb.

GununNebzi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin bildirib ki, münaqişə bölgəsindəki silahlı qarşıdurma geniş miqyaslı xarakter alıb və hər iki tərəfdən mülki əhali arasında ciddi itkilərə səbəb olub.

“Vladimir Putin növbəti dəfə hərbi əməliyyatlara son qoyulmasının vacibliyini vurğulayıb”, - deyə mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub.

Qeyd edək ki, bu, Paşinyanın Putinə son bir həftədə dördüncü telefon zəngidir.


Tarix: 6-10-2020, 00:02 Oxunub: 130


Bölməyə aid digər xəbərlər