Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ və Fransa) səylərini şərh edib.
Bu barədə o, “Əl-Cəzirə” telekanalına müsahibə verib.
Onun sözlərinə görə, əgər həmsədrlər yenidən Cənubi Qafqazda atəşkəs çağırışları ilə kifayətlənsələr, bunun bir faydası olmayacaq:
“30 ildir vasitəçilər problemi həll etməyən atəşkəs rejiminin qorunması üçün müraciətlərdən irəli getməyiblər. Bölgəyə sülh yalnız Ermənistan silahlı qüvvələrinin tarixi Azərbaycan torpaqlarından çıxması ilə gələcək.
İşğaldan azad etmək üçün ətraflı bir plan olmadan, əminliklə vasitəçilərin səylərini uğursuz adlandırmaq olar”.
Kalın beynəlxalq hüquqa görə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu da vurğulayıb.
O qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Dağlıq Qarabağın erməni icması Azərbaycan daxilində sərbəst yaşaya biləcək.
Bölməyə aid digər xəbərlər