Tacikistanda bazar günü yerli vaxtla saat 6:00-dan seçki məntəqələri prezident seçkiləri üçün açılıb.
Bu barədə “İnterfax” Tacikistan Seçki və Referendum üzrə Mərkəzi Komissiyanın verdiyi məlumata istinadən xəbər yayır.
Bildirilir ki, ölkə daxilində 68 seçki dairəsi və 3375 seçki məntəqəsi açılıb. Digər 39 seçki məntəqəsi seçki günü xaricdə açılacaq.
Tacikistanda yerləşən seçki məntəqələri yerli vaxtla saat 20:00-dək işləyəcək.
Ölkədə yeddi fəal partiyadan beşinin nümayəndələri namizədliyini irəli sürüb.
Namizədlər arasında bu vəzifəni 1994-cü ilin noyabrından bəri icra edən respublikanın hazırkı prezidenti Emoməli Rəhmonun rəhbərlik etdiyi Tacikistan Xalq Demokratik Partiyası da var.
Səsvermə prosesini müxtəlif beynəlxalq təşkilatlardan 145-dən çox müşahidəçi izləyəcək. Seçkilər yerli və xarici KİV-in 267-dən çox nümayəndəsi tərəfindən işıqlandırılacaq.
Bölməyə aid digər xəbərlər