Belarusda prezident seçkilərində əsas səsvermə günü bu gün keçiriləcək.
GununNebzi.az xəbər verir ki, Belarus ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb.
36 ölkədə yaşayan Belarus vətəndaşları isə 44 məntəqədə səs verə biləcək.
Belarusda başqa vətəndaşların əvəzinə səsvermə, hətta etibarnamə olduğu halda da yolverilməzdir. Əgər vətəndaş sağlamlığının vəziyyətinə görə və ya başqa üzrlü səbəbdən seçkilər günündə səsvermə məntəqəsinə gələ bilmirsə, onun həmin gün olduğu yer üzrə səsvermə təşkil olunacaq.
Qeyd edək ki, iyulun 14-də Belarus Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belorus Sosial-Demokratik Qramada” partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.
Bölməyə aid digər xəbərlər