23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əfqanıstanda terror aktı: Ölənlər və yaralananlar var

Əfqanıstanda terror aktı: Ölənlər və yaralananlar varƏfqanıstanın şimalındakı Sari-Pul əyalətində terror aktı törədilib.

GununNebzi.az "Anadolu"ya istinadla xəbər verir ki, hadisə zamanı 10 hərbi qulluqçu və 3 dinc sakin həlak olub. Sari-Pul əyalətinin polisi bildirib ki, Suzma Kale rayonunda terrorçular partlayıcı qurğunu hərbi avtomobil karvanının keçdiyi yola quraşdırıblar. Partlayış nəticəsində həmçinin daha 3 hərbi qulluqçu yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Hakimiyyət orqanları terror aktının arxasında “Taliban” hərəkatının dayandığını güman edirlər.


Tarix: 12-10-2020, 07:49 Oxunub: 136


Bölməyə aid digər xəbərlər