23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənistana rəsmi XƏBƏRDARLIQ: İran hazırdır

Ermənistana rəsmi XƏBƏRDARLIQ: İran hazırdırİran Ermənistana çağırış edib.

GununNebzi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə humanitar məqsədlər üçün Ermənistanla Azərbaycan arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasına əməl edilməsinə çağırıb.

Nazirliyin internet səhifəsində dərc olunan yazılı açıqlamada İranın Dağlıq Qarabağ münaqişəsi çərçivəsində dinc sakinlərin və mülki infrastrukturun ziyan görməsindən narahat olduğu və dinc əhalinin raket hücumları ilə öldürülməsini qınadığı bildirilib.

İran'dan Azerbaycan ve Ermenistan'a ateşkese uyma çağrısı

“İran tərəfi bir daha işğal olunan rayonları boşaltmaq, ərazi bütövlüyünə hörmət etmək, daimi və davamlı həll yolunu təmin etmək üçün çağırış edir və vasitəçiliyə hazır olduğunu bildirir”, - Xətibzadənin açıqlamasında deyilir.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında 10 oktyabrda Moskvada əsirlərin dəyişdirilməsi və döyüş meydanından itkilərin götürülməsini ehtiva edən müvəqqəti atəşkəs razılaşması əldə olunmuşdu. Atəşkəsin üzərindən 24 saat belə keçmədən Ermənistan ordusu Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirmiş, nəticədə 9 nəfər ölmüş, 34 nəfər yaralanmışdı.
(Publika.az)


Tarix: 12-10-2020, 16:29 Oxunub: 262


Bölməyə aid digər xəbərlər