02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Türk generaldan Qarabağ AÇIQLAMASI: Nə lazımdırsa, etməyə hazırıq

Türk generaldan Qarabağ AÇIQLAMASI: Nə lazımdırsa, etməyə hazırıq“Azərbaycan ilə Türkiyə qardaşdır. Bizim bir-birimizdən ayrılmağımız mümkün deyil. Nə etmək lazımdırsa, etməyə hazırıq”.

GununNebzi.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Ermənistanı barbarlıqda ittiham edən nazir sözlərinə belə davam edib: “Azərbaycanın torpaqlarını işğal edən təcavüzkar, barbar bir Ermənistan var. O insanlardan soruşmaq lazımdır ki, 30 il boyunca azərbaycanlı qardaşlarımız dialoq üçün gözlədi, siz nə etdiniz bu günə qədər? Bunun cavabı sıfırdır. Bu mübarizədə Türkiyə sonuna qədər Azərbaycanın yanındadır”.

O bildirib ki, Azərbaycan atəşkəs rejiminə tam əməl etdi: “Səmimiyyətsizlik edən Ermənistan isə atəşkəsə əməl etmədi. Raketlərlə dinc əhalini qətlə yetirdilər. Hələ də hücumlarına davam edirlər”.


Tarix: 12-10-2020, 17:07 Oxunub: 146


Bölməyə aid digər xəbərlər