Dağlıq Qarabağda yaşanan münaqişələrdə Ermənistan ordusuna çox ağır zərbələr vuran platformalardan biri də Türkiyənin “Bayraktar” PUA-ları ilə yanaşı, İsrail istehsalı kamikadze dronlarıdır. Ermənistan ordusu minlərlə əsgərini, yüzlərlə tank və zirehli texnikasını, onlarla hava hücumundan müdafiə sistemini bu iki platformanın hücumlarında itirib. Hava hücumundan müdafiə sistemlərinin radarları tərəfindən təsbit oluna bilməyən bu dronlar gələcəkdə hərb sahəsində çox effektiv şəkildə istifadə olunacaq.
GununNebzi.az xəbər verir ki, iki konvensional gücün nəhəng bir coğrafiyada gerçəkləşdirdiyi münaqişələrdə kamikadze dronların əhəmiyyəti daha yaxşı anlaşıldı.
Türkiyənin Müdafiə Sənayesi araşdırmaçısı Kadir Doğan S-300 kimi hava hücumundan müdafiə sistemlərinin belə vura bilməyəcəyi dronaların döyüşlərdə kritik rol oynadığını bildirib: “Bu kimi vasitələrin əsas qabiliyyəti müəyyən bir hündürlükdən sürətli eniş edərək içərisindəki hərbi başlıq sayəsindən hədəfini məhv etməsidir. Bu sistemlərin müəyyənləşdirilib məhv edilməsi çox çətindir. Çünki radar sahəsi çox aşağı olan platformalardır. Təsbit olunduğu durumlarda bir çox hava hücumundan müdafiə sisteminin bu vasitələri məhv etməsi iqtisadi baxımdan məntiqli qərar deyil. Çünki dronun dəyəri sistemin raketinin dəyərindən daha azdır. Bütün bunları nəzərə aldıqda, dronların effektivliyini daha yaxşı görə bilərik”.
Mütəxəssis qeyd edib ki, Türkiyənin bu sahədə sərmayələri mövcuddur: “Xüsusilə, “Alpagu” qanadlı kamikadzeləri meydanda aktiv olaraq istifadə olunan bir vasitədir. Ölkəmizin daxil olduğu bir çox münaqişə vəziyyətində məhsulun effektiv istifadəsini gördük. Bununla birlikdə, ölkəmiz bu vasitələr mövzusunda olduqca yenidir”.
K.Doğan İsrail istehsalı “Harop”la “Alpagu”nu belə müqayisə edib: “Harop” quruluş etibarilə “Alpagu”ya görə daha böyük, ağır, sürətli və daha çox effektiv hərbi başlıqlara sahibdir. “Alpagu” quruluşu etibarilən daha çox anti-personal konseptdə istifadə oluna bilir. “Harop”un isə istifadə imkanları daha genişdir”.
(Publika.az)
Bölməyə aid digər xəbərlər